Menu

Pentaqon Rusiya təyyarələrinin İran aviabazasından uçuşlarına münasibət bildirib

16.08.2016, 22:39

pentaqon-mainRusiya təyyarələrinin İran aviabazasından həyata keçirilən uçuşları ABŞ-ın İŞİD-ə qarşı mübarizədə rəhbərlik etdiyi koalisiyanın fəaliyyətinə təsir etməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bunu Pentaqonun nümayəndəsi polkovnik Kristifer Qarver deyib.

“Uçuşların təhlükəsizliyinə dair razılaşmaya uyğun olaraq, Rusiya koalisiyanı məlumatlandırıb. Uçuşlar koalisiyanın işinə təsir etməyib”, - deyə Qarver bildirib.

Qeyd edək ki, avqustun 16-da Rusiyanın uzaqmənzilli bombardmançı təyyarələri İranın “Həmadan” aviabazasından havaya qalxaraq İŞİD və “Cəbhə ən Nüsrə” terror qruplaşmalarının mövqelərinə zərbələr endiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol