Menu

​Roman Qriqorçuk: "Maribor" sürətli komandadır"

17.08.2016, 20:57
​Roman Qriqorçuk: "Maribor" sürətli komandadır"

"Komanda eyforiyadan ayılıb. Çünki "Lill"ə matçdan çox vaxt keçib. Futbolçu istənilən halda inkişafı düşünməlidir. Bütün hallarda irəli baxmalıyıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının "pley-off" mərhələsində Sloveniyanın "Maribor"u ilə keçiriləcək oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis sabah keçiriləcək oyun haqda bunları bildirib: "Rəqib haqda kifayət qədər məlumatımız vardı və futbolçularla bunları bölüşmüşük. Sabahhkı heyətə gəldikdə, fikrimdə bir neçə variant var. Amma bunu sabah açıqlayacam. Bizə həmyerlilərmdən Ukraynanın Azərbaycandakı səfiri dəstək olur. Bu da onu göstəriri ki, həmin insanlar futbolu sevirlər. Çalışdığım insanlarla razıyam. Onlar haqda yalnız yaxşı sözlər deyə bilərəm. heç vaxt komandanın şanslarına, göstəricilərə, faizlərə önəm vermirəm Bizim qalib gəlmək üçün bir faizimiz də olsa, bunun üçün ölməyə hazır olmalıyıq. Düşünürəm ki, sabahkı oyunda bu göstərici daha çox olacaq. Oyuna köklənmişik, buna görə də qayğılı görünürəm".

Baş məşqçi kapitan Rəşad Sadiqovun yoxluğundan danışıb və "Maribor"u əvvəlki mərhələlərdəki rəqiblərlə müqayisə edib: "Hər hansı bir oyunçunun yoxlğu istənilən məşqçi üçün xoş hal deyil. Rəşadın yaşına baxmayaraq o inkişaf edir və öz üzərində işləyir. İstənilən halda meydanda olmayacaq oyunçunu əvəz edən futbolçu olmalıdır. "Maribor"u gücünə görə əvvəlki komandalarla müqayisə etməzdim. Bu düzgün olmaz. Oyun üslubuna gəlincə, sürətlidir. Bu da futbolda güclü silah sayılır. Baş məşqçinin əl işi hiss olunur".

Xatırladaq ki, avqustun 18-də "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol