Menu

Türkiyədə daha bir partayış törədildi

18.08.2016, 11:12
Türkiyədə daha bir partayış törədildi

Türkiyənin Elazığ şəhərində Polis İdarəsinin qarşısında partlayış olub.

APA-nın “Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşın cəlb olunub.

NTV xəbər verir ki, Polis İdarəsinin qarşısında bomba partladılıb.

Yaralıların olduğu bildirilir.

Partlayış nəticəsində binalara və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəydiyi bildirilir.

Elazığ bələdiyyəsinin sədr müavininin açıqlamasına görə, ölənlərin olması barədə hələlik məlumat yoxdur. Partlayışın bomba ilə yüklənmiş maşının partlaması nəticəsində baş verdiyi bildirilir.

Partlayışın səsi bütün şəhərdə eşidilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol