Bu gün səhər saatlarından başlayaraq, Azərbaycanın bir neçə internet portalının fəaliyyətində fasilə yaranıb. Bunlar Moderator.az, Avropa.info və Bizimyol.info saytlarıdır.
Moderator.az-ın rəhbəri Zülfüqar Hüseynzadə bildirib ki, bu saytlar Almaniyadan eyni şirkətdən hostinq xidmətləri alır, problem də elə bu şirkətdən qaynaqlanır. Şirkətdən söz veriblər ki, gün ərzində saytların fəaliyyətini bərpa edəcəklər.

Şərhlər