Güləşçi ukraynalı rəqibini mübarizədən kənarlaşdırıb
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov 1/8 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, olimpiya çempionu ilk görüşünü ukraynalı Andrey Kvyatkovskiyə qarşı keçirib.
İlk hissə 2:2 hesablı bərabərliklə başa çatıb. İkinci hissədə isə güləşçimiz rəqibinə qarşı ardarda bir neçə fənd tətbiq edərək, 12:2 hesabı ilə önə keçib və vaxtından əvvəl qələbə qazanıb.


Şərhlər