Menu

AXCP üzvü və oğlu faciəvi şəkildə öldü - Foto+ VİDEO

22.08.2016, 11:40
AXCP üzvü və oğlu faciəvi şəkildə öldü  - Foto+ VİDEO

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Cəngən avtomobil yolunda qeydə alınıb.

Cəlilabad şəhər sakini, 1979-cu il təvəllüdlü Firdovsi Kəmaləddin oğlu Məlikovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb. Çoxsaylı bədən xəsarətləri alan sürücü və onun 6 aylıq oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, F. Məlikov AXCP-nin üzvüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol