Menu

Ağdaş sakini girov götürülüb - 10 min manat pul tələb olunub

22.08.2016, 12:35

hebsAzərbaycan vətəndaşı Rusiyanın paytaxtı Moskva şəhərində girov götürülüb.

Avqustun 21-də Ağdaş rayonunun Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin, zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürmələrini və onun buraxılması müqabilində 10.000 manat pul tələb etmələrini bildirib.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol