Menu

Türkiyə tankları Suriyaya daxil oldu - FOTOLAR+ VİDEO

24.08.2016, 12:48
Türkiyə tankları Suriyaya daxil oldu - FOTOLAR+ VİDEO

Türkiyə Hərbi Qüvvələri tankları Suriya ərazisinə daxil olub. Trend bu barədə Türkiyə Baş Qərargahının məlumatına istinadən məlumat verir.

Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.

Tank birlikləri Bakı vaxtı ilə saat 12.00-d sərhəd xəttini keçməyə başlayıb. Əməliyyatın məqsədi Cerablus bölgəsini İŞİD-dən təmizləməklə yanaşı,  Suriyanın şimalında YPG v PYD kürd birliklərinin qüvvələrinin birləşdirilməsinə imkan verməməkdir.

Əməliyyatlara ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya havadan dəstək verir. Hələb bölgəsində Suriya ordusunun hücumlarına dəstək verən Rusiya hələlik Türkiyənin müdaxiləsini şərh etməyib.

Türkiyənin bir neçə iri şəhərlərində İŞİD tərəfindən törədilən terror hadisələrindən sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

[gallery columns="4" size="full" ids="245540,245541,245542,245543"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol