Menu

'Fərat Qalxanı'nın 2-ci mərhələsi başlandı

01.09.2016, 23:57
'Fərat Qalxanı'nın 2-ci mərhələsi başlandı

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Çobanbəy ilə Cerablus arasındakı əraziləri ələ keçirmək üçün “Fərat Qalxanı” əməliyyatının 2-ci mərhələsinə başlayıb.

Axar.az xəbər verir ki, 90 kilometrlik ərazinin 39-na artıq müxaliflərin nəzarət etdiyi açıqlanıb.

Məlumata görə, Sabuniyə, Qərbi Şeynat və Telşine kəndləri İŞİD-dən geri alınıb.

Qeyd edək ki, türk ordusu 9-cu gündür ki, Suriyada hərbi əməliyyat aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol