Menu

Özbəkistanda 3 günlük matəm elan ediləcək

02.09.2016, 23:36
Özbəkistanda 3 günlük matəm elan ediləcək

Sentyabrın 3-də Özbəkistanda prezident İslam Kərimovun ölümü ilə bağlı 3 günlük matəm elan ediləcək.

Bu barədə ölkə parlamentinin və hökumətinin yerli televiziya ilə yaydığı məlumatda deyilir.

"3 sentyabr 2016-ci ildən respublikada üçgünlük matəm elan edilsin və Özbəkistanın bütün ərazisində matəm tədbirləri keçirilsin" – deyə məlumatda deyilir.

Bununla yanaşı, bir ay müddətində əhalinin, müəssisələrin, təşkilatların, təhsil müəssisələrinin və geniş ictimaiyyətin fikirlərini nəzərə alaraq Özbəkistan Respublikasının birinci prezidenti İslam Kərimovun xatirəsinin əbədiləşdirilməsi üzrə təkliflər veriləcək. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol