Menu

Ərdoğan və Əsəd Moskvada görüşəcək - İDDİA

03.09.2016, 15:11
Ərdoğan və Əsəd Moskvada görüşəcək - İDDİA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın dövlət başçısı Bəşşar Əsəd Moskvada görüşə bilər.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Livanda çıxan "Əs-Səfir" qəzeti məlumat yayıb.

Xəbərdə bildirilib ki, görüş Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək.

Məlumata görə, tərəflər arasında görüş barədə razılıq Ərdoğanın Moskvaya səfəri zamanı əldə edilib. Vasitəçiliyi isə Rusiya prezidenti Vladimir Putinin etdiyi qeyd olunub.

Xəbərdə vurğulanıb ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan sentyabrın 10-da və ya 15-də Ərdoğanla Əsədin görüşünün detallarını müzakirə etmək məqsədilə Dəməşqə səfər edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol