Türk ordusu ilə birlikdə Azad Suriya Ordusunun (ASO) da iştirak etdiyi və “Fərat qalxanı” adı verilən Cerablus əməliyyatından bir həftə ötüb. Bu əməliyyatın Türkiyəni bataqlığa sürükləyəcəyinə dair tənqidlər söyləyən xarici siyasət üzrə ekspertlər Semih İdiz və Arif Keskin mövzu ilə əlaqədar fikirlərini Türkiyənin “Bir Gün” qəzeti ilə bölüşüblər. “AzPolitika” bu ekspertlərin fikirlərindən maraqlı seçmələri təqdim edir.

Semih İdiz: ”Hökumət, “nə qədər gərəkirsə, o qədər qalarıq”, söyləyib. Dolayısıyla burada uzunmüddətli qalma ehtimalının yüksək olmasını inkar edə bilmərik. Ən azından Suriyadakı xaos davam etdiyi müddətə kimi bu belə ola bilər. Bu əməliyyatın bir neçə məqsədi var.

Birincisi - təbii ki, İŞİD-in yox edilməsidirsə, ikinci hədəf kürdləri Fərat çayının şərqinə tərəf itələməkdən ibarətədir. Üçuncü hədəf isə Cerablusla Azez arasında nəzarət altına alınacaq etibarlı bir bölgə yaradılmasıdır. Gələcəkdə bu bölgədən həm qaçqınlar, həm də Türkiyə ilə Suriya arasında bufer bir zona kimi istifadə etmək mümkün olacaq. Qarşıya qoyulan məqsədlərin həyata keçməsinin mümkün olub-olmaması tam bəlli deyil, amma indiki vəziyətdə ümumi konyuktura Türkiyədən yanadır”.

- ABŞ dilemma qarşısında

“Əlbəttə ki, Amerika Türkiyənin kürdlərlə vuruşmasından məmnun deyil, ancaq bir dilemma var. Çünki ABŞ Türkiyənin İŞİD-lə vuruşmasından məmnundur. Türkiyənin vəziyyətini gücləndirən digər bir xüsusiyyət isə, Rusiya ilə İranın mövqeyidir. Hər iki ölkə Suriyanın ərazi bütövlüyünüdən yana olduqlarını konkret şəkildə ifadə edirlər. Madam ki, Türkiyə özünün Əsədin gələcəyi ilə bağlı fikirlərini dəyişirir, onda deməli Rusiya və İran Türkiyənin kürdlərlə bağlı məsələdəki mövqeynə heç də uzaq deyillər”.

- Risk hər zaman var

“Bəzi yazarlar xəbardarlıqla, bizm bataqlığa girəcəyimizi bidirirlər. Belə bir risk var və bu cür müdaxilələr hər zaman riski bərabərində gətirir. Xarici siyasət baxımından Türkiyənin davranışları Qərbi razı salmaya bilər. Xüsusən də kürdlərə qarşı əməliyyatlarda bu, daha qabarıq görünür. Lakin keçmişlə müqayisədə hal-hazırda Türkiyənin mövqeyi daha güclüdür. Qərbin birinci hədəfi İŞİD–dir və elə Türkiyənin də əsas məqsədi bundan ibarət olduğuna görə, Türkiyənin Suriyaya girməsinə qarşı onların həddən artıq narazı qalacaqlarını zənn etmirəm”.

- Dəməşqlə bağlı bir siqnal yox

Arif Kəskin: “Türkiyə onsuzda təkbaşına Suriyaya girə bilməzdi. Suriya Türkiyə üçün bir bataqlıq olmaya bilər. Amerika, Rusiya, Suriya və İran ilə qarşılıqlı münasibətlər qurmadan bu regionda müvəffəqiyyət əldə etmək mümkün deyil. Türkiyənin “Fərat qalxanı” əməliyyatı ilə birlikdə Dəməşqə aid heç bir siqnalı yixdur. ”Fərat qalxanı” adının özündən də görünür ki, bu əməliyyat Bəşər Əsədin devirilməsi üçün nəzərdə tutulmayıb”.

- Türkiyə üçün hesab ağır olacaq

“Türkiyə Yaxın Şərqdəki xəyallarından vaz keçib, məqsədini daha praqmatik istiqamətə yönəldərək, düzgün bir ittifaq qurarsa, Suriya bataqlıq olmaya bilər. Hətta əməliyyat tam uğurlu olacaq. Türkiyənin Cerablus əməliyyatı digər ölkələrlə əlaqələrin etibarlılıq sınağıdır. Rusiya, İran və ABŞ bu prosesi diqqətlə müşahidə edirlər. Türkiyə düzgün addımlar atmasa, onda bu əməliyyat onun üçün tələyə çevrilə bilər. Türkiyə daha öncə Suriyanın içinə girməmişdi, lakin indi artıq girib. Əgər bu mərhələdə regional balans diqqətə alınmazsa, onda Türkiyə üçün bunun hesabı ağır olacaq”.

- Yeni xarici siyasət lazımdır

“Baş verənlər Türkiyənin xarici siyasətində yeni bir prosesə yol aça bilər. Türkiyənin xarici siyasətini formalaşdıra biləcək yeni bi məkanın yaranma imkanı var. Türkiyə Amerikadan daha çox məyus olmağa başlayıb. Hökumət anlayır ki, amerikanlarla istədikləri məqsədə nail ola bilməyəcəklər. Biz, deyə bilərik ki, yaşanan hadisələr Türkiyəni İran və Rusiyaya tərəf itələyir. Bunun siqnalı hələ Cerablus prosesindən öncə də gəlirdi. Suriyadakı son əməliyyat Türkiyənin İran və Rusiya ilə olan münasibətlərini daha da möhkəmləndirə bilər. Ölkə yeni paradiqma və yeni konsepsiyaya ehtiyac duyur. Türkiyə özünün indiyədək uğursuz olmuş və nəticə verməyən siyasətindən vaz keçməlidir. Fərqli xarici siyasət yürütməklə, milli, demokartik və dünyəvi kimlik əsasında yeni strategiya qurmaq lazımdır”.

“AzPolitika”