Menu

Kabildə terror aktı - 30 nəfər ölüb

05.09.2016, 21:36

terrorƏfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.

Bu gün Kabildə Əfqanıstan Müdafiə nazirliyinin binasının qarşısında iki terrorçu-kamikadze özünü partladıb. Ölənlər arasında bir neçə yüksək rütbəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti rəisinin müavini Zaman Əhmədzayın olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol