Menu

“Mançester Yunayted”də futbol maykalarını rəqiblərlə dəyişmək qadağan edilib

05.09.2016, 22:12
“Mançester Yunayted”də futbol maykalarını rəqiblərlə dəyişmək qadağan edilib

“Mançester Yunayted” futbol klubunun rəhbərliyi matçlardan sonra oyunçulara futbol maykalarını rəqiblərlə dəyişməyə qadağa qoyub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qərar idman geyiminin istehsalında maliyyə vəsaitinə qənaət etmək məqsədi daşıyır.

Qeyd edək ki, sponsor müqaviləsinə əsasən “Mançester Yunayted” ildə “Adidas” şirkətindən 75 milyon funt sterlinq alır. Həmçinin klub “Forbes” jurnalının versiyasına görə, dünyanın ən zəngin klublarından biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol