"İndicə 9944 nömrəsindən şəkildəki sms-i almışam. Orada deyilir ki, bazarda dolların alış qiyməti 1,785-1,87 manat arasıdır. Halbuki, Mərkəzi Bankın rəsmi məzənnəsi 1,6362 manatdır."
Bu barədə tanınmış hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov sosial şəbəkədə yazıb. O, sual verir ki, qara bazar özünü o qədər rahat hiss edir ki, hətta reklam da etdirir?
"Məlumdur ki, bankların məzənnəsi rəsmi məzənnədən maksimum 4% fərqlənə bilər, yəni 1,7016 ola bilər. Deməli, söhbət banklardan deyil, qara bazardan gedir və belə çıxır ki, qara bazar özünü o qədər rahat hiss edir ki, hətta reklam da etdirir (telefon nömrəsi də var: 0124041389)? Hər bir halda hüquq-mühafizə orqanları bu məsələ ilə maraqlansa, yaxşı olar."
Qeyd edək ki, bu SMS-ləri "Azercell" vasitəsilə "Sim Today" şirkəti göndərir. Sosial şəbəkə istifadəçiləri belə mesajların onlara da gəldiyini təsdiq ediblər. Bu məlumatların haradan alındığını soruşduqduqda "Mərkəzi Bankdan almışıq" - deyə, şirkətdən bildirilib.

Vətəndaşlarımız bu kimi məsələlərdə aktiv olmalıdır: “Belə hallarla rastlaşdıqda polisə məlumat vermək lazımdır. Ümumilikdə, bu istiqamətdə işlər davam etdirilir və nəticələri barədə ictimaiyyətə məlumat verilir”,-deyə E.Zahidov vurğulayıb.
"Sentyabrın 6-da mobil rabitə istifadəçilərinə qanunsuz mənbələrə istinadən valyuta məzənnəsi haqqında yanlış məlumatlar barədə sms göndərilib."
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından APA-nın sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq dövlət orqanları ilə birlikdə apardığı tədbirlər nəticəsində bu qanunsuz fəaliyyətin qarşısı alınıb.


Şərhlər