Menu

Bakıda avtobus körpüyə çırpılıb - Xəsarət alanlar var - SİYAHI (YENİLƏNİB)

06.09.2016, 15:47
Bakıda avtobus körpüyə çırpılıb - Xəsarət alanlar var - SİYAHI (YENİLƏNİB)

Nizami rayonunda 60 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına müraciuət edib. Bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri 1962-ci il təvəllüdlü Zemfira Fərzəliyeva, 1957-ci il təvəllüdlü Sevdiyar Acəliyev, 1972-ci il təvəllüdlü Xuraman Zeynalova, 1950-ci il təvəllüdlü Elza Hüseynova, 1982-ci il təvəllüdlü Nuranə Verdiyeva, 1997-ci il təvəllüdlü Fatimə İbrahimova, 1964-cü il təvəllüdlü İlham Mansurov və 1982-ci il təvəllüdlü Aytən Quliyeva xəstəxanaya qəbul olunublar.

İlkin tibbi yardım göstəriləndən sonra onlardan 6-sı evə buraxılıb. Hazırda Sevdiyar Acəliyev və Nuranə Verdiyeva xəstəxanada müalicə alırlar.

* * *

Bakıda avtobus qəzaya uğrayıb.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınıb. 60 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək körpüyə çırpılıb.

Nəticədə avtobusun sürücüsü və avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.

3 saylı şəhər klinik xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 3 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hazırda 5 nəfər xəstəxanadadır. Qeyd olunub ki, onlar yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol