Menu

Rusiya neft hasilatına görə 25 illik rekordunu yeniləyib

07.09.2016, 08:58

web-husky-oil03rb1BöyütRusiyada neft hasilatının orta sutkalıq həcmi sentyabrın əvvəlindən sutkada 11 mln. bareldən çox təşkil edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında bildirilir.

“Bloomberg”in məlumatına görə, müvafiq göstərici bundan əvvəl 1991-ci ildə qeydə alınıb.

Məlumata görə, avqustda bu göstərici iyul ayı ilə müqayisədə 1,4 faiz aşağı düşərək, sutkada 10,71 mln. barel təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol