Menu

PKK-dan 13 ton ammonium ələ keçirildi

07.09.2016, 22:49
PKK-dan 13 ton ammonium ələ keçirildi

15 avqust - 7 sentyabr tarixləri arasında PKK-ya qarşı mübarizədə 13.1 ton ammonium nitrat ələ keçirilib.Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Nurəddin Canikli deyib.

“Bomba hazırlanmasında istifadə edilən 339 ədəd partlayıcı balonu, 129 ədəd isə əl qumbarası zərərsizləşdirilib. 58 partlayış hadisənin qarşısı isə alınıb”, - nazir müavini bildirib.

Canikli həmçinin İŞİD-in işğalından azad edilən Cerablusa su və elektrik enerjisi veriləcəyini bildirib:

“Yaşayış tam təmin olunduqdan sonra Cerablusa dəstəyimiz davam edəcək. Bundan əlavə, Türkiyə ilə ABŞ-ın Rakkada birgə əməliyyat təşkil edəcəyi gündəmdədir. Obamanın bununla bağlı tələbi oldu. Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da bu məsələyə müsbət yanaşdığını dedi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol