Menu

NİDA-çı gənclərin valideynləri Müsavatın qərargahında aclıq aksiyasına başlayırlar

20.04.2014, 15:50
NİDA-çı gənclərin valideynləri Müsavatın qərargahında aclıq aksiyasına başlayırlar

Musavat.com-un verdiyi məlumata görə, bu gün Müsavat Partiyasının qərargahında NİDA-çı gənclərin valideynləri müddətsiz aclıq aksiyasına başlayırlar.

Müsavat Partiyasının qərargahında aclıq aksiyasında iştirak edənlər üçün xüsusi otaq ayırılıb və hazırda həmin aksiya üçün son hazırlıq işləri görülür.

Xatırladaq ki, aprelin 17-də NIDA-çıların məhkəməsində dövlət ittihamçısı bu gənclərə 6 ildən 8 il 6 aya qədər həbs cəzasının verilməsini istəyib.

Dövlət ittihamçısının bu tələbinə etiraz olaraq, NİDA-çı gənclər artıq həbsxanada aclıq aksiyasına başlayıblar.

İndisə, onların valideynləri həm məhkəməyə etiraz, həm də öz gənc övladlarına dəstək əlaməti olaraq, bu gündən müddətsiz aclıq aksiyasına başlamaq qərarına gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol