Menu

Nazir müavini meyitdən orqan köçürülməsinə münasibət bildirib

08.09.2016, 13:19
Nazir müavini meyitdən orqan köçürülməsinə münasibət bildirib

“Meyit orqanlarının transplantasiyası ilə bağlı qanunvericilikdə düzəliş olmalıdır”.

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

E. Ağayev məsələnin mütəxəssislər tərəfindən müzakirə olunduğunu deyib: “Bu, bir qədər etik məsələdir. Bunun üçün seminarlar keçirilməli, müzakirələr davam etdirilməlidir. Çünki millətin özünün milli xüsusiyyətləri, etik normalar da var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqanların transplantasiyasının həyata keçirilməsi sonranın işidir”.

E. Ağayev səhiyyə müəssisələrinin belə transplantasiya əməliyyatları üçün hazır olduğunu da qeyd edib: “Xəstəxanalarımızda orqan transplantasiyası əməliyyatları keçirilir. Regionlarda da bu əməliyyatların həyata keçirilməsi mümkündür. Bu sahə daha da inkişaf etdirilməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol