Menu

25 yaşlı gənc özünü asdı

10.09.2016, 11:46

asaraq intihar-31.10.09Balakəndə intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə sentyabrın 10-da, gecə saat 02:30 radələrində Balakən şəhəri, Bülbül küçəsi ev 3 ünvanında qeydə alınıb. Balakən şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Sabir oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol