Gəncədə 12 yaşlı qızını yandıran ana qaçıb.
APA-nın qərb bürosunun məlumatına görə, evdən pul götürdüyü üçün qızı Quliyeva Vüsalə Füzuli qızının üzərinə benzin tökərək onu yandıran 1975-ci il təvəllüdlü Bülbül Qasımova 3 ildir ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət çəkir.
V. Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli Quliyev Rusiyaya işləmək üçün gedib.
Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B. Qasımovanı axtarır.
Xatırladaq ki, 2002-ci il təvəllüdlü Vüsalə Fizuli qızı Quliyeva bədənin ağır dərəcəli yanığı xəsarəti ilə Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilsə də, ötən axşam 12 yaşlı qız dünyasını dəyişib.
***
Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 12 yaşlı qız anası tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib!
İlkin məlumata görə, qızın adı Vüsalə Quliyevadır. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir.


Şərhlər