Menu

Ermənistan mətbuatı Mirqədirovun həbsindən nə yazır?

22.04.2014, 00:36
Ermənistan mətbuatı Mirqədirovun həbsindən nə yazır?

Ermənistan mətbuatı jurnalist Rauf Mirqədirovun bu ölkənin xüsusi xidmət orqanlarına casusluq ittihamı ilə həbs olunmasına geniş yer ayırıb.

Azpolitika.info-nun məlumatına görə, KİV-lər qeyd edirlər ki, Rauf Mirqədirov ermənilərlə əməkdaşlıq etdiyinə görə həbs edilib və AR Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə “dövlətə xəyanət”də ittiham olunur. Eyni zamanda erməni nəşrləri R.Mirqədirovun Ermənistana səfərlər etdiyini də yazırlar.

Maraqlıdır ki, erməni KİV-i Mirqədirovun həbsi ilə bağlı heç bir şərh vermir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol