Elnur Aslanov ehtimal ki, verbovka olunmuş agentdir və onun dəqiq ifadə olunmuş təsiri altında onlarla həmfikirləri var. Baxmayaraq ki, hələlik onun yaratdığı özəyi, yaxud artıq formalaşmış və bəlli anlamda maskalanmış təşkilatı üzə çıxarmaq hələ mümkün olmur.
Lakin mötəbər mənbələrdən verilən informasiyalara əsasən bu, zaman məsələsidir. Əsas odur ki, başçı ortadadır və onun işlətdiyi dil, davranış refleksləri məlum olmaqla hələlik məlum olmayan bir çox faktların üzərinə işıq salır.
Prezident Administrasiyasında siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri postunu tutmaqla E.Aslanov son bir neçə il ərzində xarici xüsusi xidmət orqanlarının diqqəti və maraq dairəsi altında olub, yaxud ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yaxın olan strukturlar üçün qiymətli informasiya mənbəyinə çevrilib.
Söhbət yüksək rütbəli məmurun “MKİ-nin kölgəsi” kimi də tanınan “Stratfor” özəl kəşfiyyat strukturu ilə sıx təmaslarından və qeyri-leqal əməkdaşlığından gedir.
Bu təşkilatın əsas fəaliyyət prinsipi ondan ibarətdir ki, əgər obyekt təxribat fəaliyyəti baxımından hansısa dəyər kəsb edirsə, o zaman “Stratfor”a işləyən əməkdaşlar həmin mənbəni öz nəzarəti altına almalıdır.
Məsələn, “Stratfor”un direktoru Corc Fridman öz analitiki, 2012-ci ildə informasiya toplamaq üçün Venesuelada ezamiyyətdə olan Reve Balleni (Reva Bhalla) buna itələyir.
C.Fridman ona yazır: “Əgər siz obyekti qiymətli hesab edirsinizsə, onu nəzarət altına alın. Bu nəzarət maliyyə, seksual və ya psixoloji olmaqla (!) və elə mərhələyə çatdırılmalıdır ki, obyektin qarşısında bizə lazım olan vəzifələri qoymaq mümkün olsun”.
Daha sonra C.Fridman açıqcasına həyasızlıqla bildirir ki, o və bütün kontoru kəşfiyyat xidmətinin “törəməsidir”.
“Bunu yerinə yetirmək çətindir,- Fridman işçisinin halına yanaraq yazır,- bir halda ki, sən kəşfiyyat təşkilatı ilə bağlılığınla tanınırsan” (!-red.)


Bundan sonra prezident komandasının məmuru “Stratfor”a, Reveyə xəbər verir ki, onunla görüşməyə, regional və geosiyasi problemləri müzakirə etməyə hazırdır.
Budur, Elnur Aslanovun elektron poçtundan Vaşinqtona göndərilən məktubun skrinşotu


“Stratfor”un müxtəlif əməkdaşları Elnur Aslanovu dəfələrlə ələ alıblar və elektron məktublara nəzər salsaq, bunun müxtəlif vaxtlarda bir neçə dəfə baş verdiyi görünər. Elə buna görə də Vaşinqtonda ona və qruplaşmasının komandaya çevrilmiş üzvlərinə kəşfiyyat xarakterli suallar göndərməkdən çəkinmirdilər. Budur, Vaşinqtondan 2010-cu ilin dekabrında göndərilən və birmənalı şəkildə dövlət sirrinə aid edilə bilən sorğulardan biri:


Onun məktubunun məzmunu bizi təəccübləndirdi, çünki indiyədək hamı hesab edirdi ki, Aslanov öz planlarını həyata keçirərkən ancaq 1news.az informasiya resursundan istifadə edirdi.
Belə çıxır ki, Prezident Administrasiyasının keçmiş şöbə müdirinin zərərli təsiri digər strukturlara da yayılıbmış.
Yuxarıda sözügedən agentliyin şefi yazışmalarda özünün birbaşa izini buraxmır və elektron təmaslara girmir. Şef informasiyaları okeanın o tayındakı emissarlara agentlikdə işləyən vasitəçi üzərindən göndərir.
E.Aslanovun və onun komandasının okeanın o tayındakı kəşfiyyatçılarla əməkdaşlığının təfərrüatları yüksək texnologiyalar əsrində mətbuat üçün sirr deyil. Onları indi çox asanlıqla deşifrə edə bilirlər. Ona görə də məlum olub ki, E.Aslanov Azərbaycanın populyar informasiya agentliklərindən birinin şefini də kəşfiyyat xidmətləri ilə əməkdaşlığa cəlb edib. Bu agentliyin rəhbəri Prezident Administrasiyasının ayrı-ayrı strukturlarının və digər dövlət orqanlarının fəaliyyətini analiz edib, nəticələr çıxarıb. Sonra bu analizlər müntəzəm olaraq Bakıdakı vasitəçi üzərindən okeanın o tayına məlum təşkilatdan olan dostlara göndərilib.
E.Aslanovun özündən razı halda onun nurçularla və ya Qərb xüsusi xidmət orqanları ilə əlaqəsini sübut edə biləcək heç bir e-mail olmadığını deməsinə baxmayaraq biz onu məyus etməli olacağıq. Çünki belə iz də var.
Redaksiyamız “Stratfor” əməkdaşlarından birinin Elnur Aslanovun Azərbaycandakı fətullahçılarla birbaşa əlaqəsini sübut edən elektron məktubu əldə edib.
Həmin Reva Balla “Stratfor” qarşısında Elnur Aslanovla görüşləri və söhbətləri haqda hesabat verərkən yazır: “Hələlik biz (Elnur Aslanov nəzərdə tutulur-red.) Bakıdayıq. Biz birlikdə gülənçilərin məktəblərindən birinin direktoru ilə görüşdük. Mən baxmaq istəyirdim ki, gülənçilər Türkiyədən kənarda necə işləyirlər, xüsusən də sovet təsiri zonasında. Məlum oldu ki, Azərbaycanda gülənçilər öz fəaliyyətlərində olduqca ehtiyatlıdır, çünki dövlət onların fəaliyyətini diqqətlə izləyir”.

Həmin vaxtlarda bir-birinin ardınca ərəb inqilabları baş verirdi və Qərbin KİV-lərində Azərbaycan rəhbərliyinin ünvanına misli görünməmiş iftira və böhtanlar yağdırılırdı.
Elnur Aslanovun köməyi ilə maksimal miqdarda dövlət sirri əldə etməyə yönələn intensiv təmaslar və yazışmalar göstərir ki, Qərbin müəyyən qüvvələri Azərbaycan rəhbərliyinin bu situasiyada özünü nə dərəcədə arxayın hiss etdiyini və nə dərəcədə güclü olduğunu öyrənməyə cəhd edib. “Stratfor”un agentləri də Bakıya bunun üçün göndərilib.
Bu dəfə milli xüsusi xidmət orqan ları Corc Fridmanı və onunla birlikdə Con Brennanı (MKİ direktoru) udublar. Lakin görünən odur ki, oyun hələ bitməyib. Və bunu yaxın vaxtlarda sizinlə bölüşəcəyimiz yeni informasiyalar da təsdiqləyir.
Virtualaz.org


Şərhlər