Ermənistanın “Lragir” nəşri: “Ermənistan nefti ixracında böyük maneədir”
"İki böyük siyasi hadisə regionda Türkiyənin nüfuzunun qarşısını alacaq." AzPolitika.info-nun məlumatına görə, bu haqda Ermənistanın “Lragir” nəşri yazır. Məlumatda bildirilir ki, İran və “5+1”-lərin nüvə silahı ilə bağlı uzunmüddətli razılaşmanın əldə eilməsinə dair danışıqları mayda Nyu-Yorkda keçiriləcək.
"İran üçün razılıqların qəti müəyyən edilmə tarixinin 20 iyun olduğu da məlumdur. Bundan sonra İrana qarşı tətbiq olunan bütün sanksiyalar götürüləcək və regionda yeni siyasi infrasktrukturların transformasiyası başlayacaq. Eyni zamanda, Suriyada da cərəyan edən hadisələr maraqlı vəziyyət almaqdadır. Belə ki, Pasxa bayramı ilə əlaqədar Bəşər Əsəd Suriyanın xristian şəhəri hesab edilən Maalyülyaniyanı ziyarət edib. Bu şəhər aylardır islamçıların nəzərati altında idi. Buradan da aydın olur ki, Bəşər Əsəd hakimiyyətdə qalmağı bacardı. Hətta yenidən seçilmə şansı da qazanıb. Böyük ehtimalla, Bəşər Əsəd Qərblə bu məsələdə müəyyən razılaşma əldə ediblər. Bu iki siyasi hadisə regionda Türkiyənin nüfuzunun və Yaxın Şərqdə rolunun qarşısını ala bilər. Lakin Avrasiya İttifaqının yaranması prosesində müəyyən dəyişiklər olarsa, bütün bu proseslərin reallaşması üçün bir maneə qalmaz. Burada İranın Yaxın Şərq və Avropa ilə əlaqələrini tənzimləməyin ən optimal yolu Ermənistan və Grcüstandır. Lakin Rusiya Ermənistan variantını məhdudllaşdıraraq, İran üçün ən arzuedilməz yol olan Azərbaycan və Türkiyə yolunu saxladı. Ən maraqlısı da odur ki, Rusiya iqtisadi baxımdan buradan heç bir xeyir əldə etmədi. Sadəcə Moskvanın məqsədi belə siyasi addımla Ermənistanın İrandan təbii qaz almasına maneə yaratmaq idi. Ona görə də, bu gün Rusiyanın başlıca məqsədi Ermənistanı Avrasiya İttifaqına cəlb edərək, İrəvanı neft ixracatında böyük maneəyə çevirməkdir. Lakin həmin maneə şampan şüşəsində olduğu kimi sürətlə yerini dəyişə də bilər və belə olarsa da, Ermənistanın Avrasiyaya üzvlüyü məsələsi suya düşmüş olacaq."
Məqalədə daha sonra bildirilir ki, Rusiya Ermənistanın İrandan qaz ixracına və Ermənistanın Avropa İttifaqı ilə azad ticarətdə iştirak etməsinə də mane oldu. Bundan əlavə Rusiya Ermənistanın AES-nin və İranla dəmir yolunun tikintisinə də öz qadağasını qoyub. Lakin erməni nəşri qeyd edir ki, İrəvan bütün bu haqsızlıqları bir partlayıcıya doldurulmuş kimi səbr edir. Yalnız İran qazı Türkiyə və Azərbaycan borusu ilə ixrac edilərsə, həmin partlayıcı partlayacaq. Rusiya isə bu məsələdə çox həssasdır. Ermənistanın İrandan qaz ixrac etməməsi üçün Ermənistanı ümumiyyətlə yox edə bilər. Qərb də İrandan Ermənistan marşutu ilə qaz ixracından imtina edərək, Azərbaycan-Türkiyə marşrutuna üstünlük verdi. İlham Əliyevin Tehrana getməsi və Ərdoğanın Bakı səfəri məhz bu danışıqların getdiyini sübut edir.
İndi İrəvan böyük ümüdlə may ayında Ermənistana səfəri gözlənilən Fransa və İran prezidentlərinin yolunu gözləyir. Ermənistan nəşri qeyd edir ki, Gömrük İttifaqında Ermənistanın iştirakı məsləsi, onların İrəvana təkliflərindən asılıdır.
Ülkər Musazadə


Şərhlər