4 aydır əmək haqqını ala bilməyən kollektiv prezidentdən kömək istəyir
“Vəziyyətimiz çox ağırdır. Heç bir dövlət qurumu bizimlə maraqlanmır. Bizim acınacaqlı problemlərimizin ictimailəşdirilməsinə yardımçı olun.” Bu fikirlər Sumqayıt Texnologiyalar Parkı MMC-nin kollektivi adından bir qrup şəxsin “AzPolitika.info”ya ünvanladığı məktubda yer alıb.
Sumqayıt Texnologiyalar Parkının (STP) nümayəndələri kollektivin adından prezident İlham Əliyevə yazılan, surəti Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslumova və Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyeva ünvanlanan Açıq məktubun saytımızda işıqlandırılmasını xahiş edirlər.
Məktub barədə məlumat verməzsən öncə qeyd edək ki,

Qanunsuzluqlar və mənimsəmələr Qafqazın unikal istehsalat kompleksini də məhv etmək üzrədir

Əlbəttə, ökədə qeyri-neft sektorunun inkişafı baxımından belə böyük layihələrin həyata keçirilməsi vacibdir. Ancaq təəssüf ki, ölkənin gələcəyi baxımdan böyük əhəmiyyət daşıyan bu layihələrin icrasına məsul olan şəxslər də qanunsuzluqlara, ədalətsizliyə və mənimsəmələrə yol verməklə, bu istehsal kompleksini də məhv etmək üzrədirlər. Hər halda kollektiv üzvləri adından “AzPolitika.info”ya göndərilən məktub belə söyləməyə əsas verir. STP-də baş verən bir çox problemlərə, qanunsuzluqlara toxunulan həmin məkubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirk:
Texnoparkda kütləvi ixtisarlardan sonra cəmi 1500 adam qalıb

Biz, Sumqayıt Texnologiyalar Parkı MMC-nin kollektivi yaranmış böhranlı vəziyyətə görə son çıxış yolunu Sizə müraciət etməkdə görürük. Çünki bizim vəziyyətimiz dözülməz hala çatıb. Bizim fikirimizə görə, Sizə Sumqayıt Texnologiyalar Parkı MMC haqqında ətraflı məlumat verməyə ehtiyac yoxdur. Çünki Siz özünüz bu texnoparkda dəfələrlə olub, burda yaradılan şəraitlə və alınan ən müasir avadanlıqlarla tanış olmusuz. Amma indi vəziyyət tamam fərqlidir.
On minə yaxın adamın çalışması üçün nəzərdə tutulan texnoparkda kütləvi ixtisarlardan sonra cəmi 1500 adam qalıb. Ancaq burda qalan azsaylı kollektiv də 4 aydır əmək haqların ala bilmir. Özbaşnalıqlar, qanunsuzluqlar baş alıb gedir.
STP-de eyni səlahiyyətli iki icraçı direktor çalışır
Dünyanın heç yerində bir müəssisədə iki rəhbər olmur. Kim eşidib ki, bir məktəbdə iki direktor, bir nazirlikdə iki nazir, bir şəhərdə iki icra başçısı , bir ölkədə iki prezident olsun?
Amma analoqu olmayan STP-də eyni səlahiyyətli iki icraçı direktor çalışır. Sıravi vətəndaşların kütləvi ixtisar olunduğu müəssisədə nədənsə iki direktordan biri ixtisar olunmadı.
Direktorun biri Sahib Musayevdir. Bu direktor barədə uzun-uzadı danışmaqa ehtiyac yoxdur, çünki ölkədə baş nazir Artur Rəsizadə necə çalışırsa, Sahib Musayev də o cür çalışır.
Texniki təhsilli direktor maliyyə məsələlərinə nəzarət edir!

Gələn kimi ilk işi işçiləri ixtisar etmək oldu. Bu zaman da harda imkansız, kasıb, adamı olmayan işçi var, onu ixtisar etdi. Kimin adamı vardı, kim zəng edib özün tapşırdı, ona toxunmağa cürəti catmadı.
Sonra başladı işçilərin əmək haqqını azaltmağa. 400-500 manat alan sıravi işçinin də maaşın 50 manat azaltdı, 1000-1500 alan rəislərin də. Ancaq “yuxarılarda” adamı olan bəzilərinin qorxusundan heç yaxınına da gedə bilmədi. O direktor təyin olunan kimi əmək haqqların verilməsi gecikdi. İstehsalın və satışın miqdarı azaldı. Müştəri portfeli azaldı. Çünki bürokratik əngəllər səbəbindən STP-yə gələn müştəri ikinci dəfə gəlmir. Buna görə də STP əsl böhrana düşdü. Başqa cür ola da bilməzdi. Çünki texniki təhsilli adamı maliyyə işlərinə rəhbər qoyanda, başqa nə ola bilər? Məgər ölkədə yaxşı maliyyəçi, iqtisadiyyat sahəsinə təhsil almış və çalışmış savadlı mütəxəssislər yoxdur?
Kimə nə qədər istəyirlər “paket” maaş verirlər
STP-də maaş kart və “vedmost” ilə verilir. "Vedmost"dan tutulan vergi mənimsənilir. Sosial Müdafiə Fonduna köçürmələr yalnız kartla verilən maaşa görə, az miqdarda köçürülür.
Məzuniyyətə və ya bülletənə çıxan zaman əmək haqqı kəsilir. Əmək haqqının verilməsi düzgün qurulmayıb. Kimə nə qədər istəyirlər “paket” maaş verirlər. Kim “yuxarıya” yaxındırsa və ya tapşırılıbsa onun maaşın qaldırırlar, qalanları aşağı maaş alır. Ezamiyyətə gedən işçilərə isə 5 manat məbləğində gülünc məbləğdə pul verirlər. İxtisar olunacaq işçilərə bildiriş paylamırlar. Kompensasiya da vermirlər. Əmək müqaviləsinin bir nüsxəsi işçiyə verilməli olduğu halda, bunu da etmirlər. Əmək müqavilələrini də qısa müddətə bağlayırlar.
Öz hesabına məzuniyyətə göndərilən işçiyə 67 faiz kompensasiya ödənilməli olduğu halda, bunu ödəmirlər. İş saatı 8 saat ola-ola zavodlarda işçiləri 9 saat işlədirlər. Ziyanlı işlərdə çalışan işçilər üçün təqaüd yaşına görə, heç bir güzəşt tətbiq etmirlər. Altıncı gün işə cəlb olunan işçilərə ya əmək haqqı ödənilmir, ya da çox az ödənilir.
Ancaq drektorlar, rəhbər işçilər, şöbə rəisləri yüksək “paket” alır , xidməti avtomobillə kef edirlər. Qənaət etmək lazım olduqda da işçiləri ödənişsiz məzuniyyətə göndərirlər.
Zavodların problemlərini həll etmək yerinə, fəvvarə tikirlər

Bunun müqabilində israfçılıq baş alıb gedir. İdarəetmə sistemi düzgün qurulmadığından, zavodların problemlərini həll etmək yerinə, ərazidə xeyli pul xərcləyib fəvvarə tikirlər. Ərazidəki betonu dağıdıb yenidən betonlayırlar. Hazır zavodları işlədə bilmədikləri halda, təzə transformator zavodu tikirlər.
Elə dəzgahlar var ki, yüz min, milyon dollar qiyməti var. Amma illərdir yatıb qalıb, heç bir manat da olsun xeyir gətirmir. Harınlamış rəhbərlərin özbaşına hərəkətlərinin əziyyətini isə sıravi adamlar çəkir. Burda işləyən 1500 adamın hərəsinin ailə üzvlərini 4-5 nəfərdən hesablasaq, 6000-dən çox adamın qazanc yeri deməkdir. Bu isə kiçik rəqəm deyil. Bura büdcə təşkilatı deyil ki, deyək büdcədən pul ayrılmır. Savadlı, uzaq görən rəhbər buranı elə işlədər ki, dövlətə də xeyir verər, işçilərinə də.
Həmkarların sədri işçinin hüququnun pozulması ilə maraqlanmır

STP-yə gələn yoxlamaları da rüşvətlə yola salırlar. Bu üzdən də aidiyyatı qurumlar işçilərin problemləri ilə maraqlanmır.
İki direktordan heç birinin qəbul günü yoxdur
Cənab prezident!
Siz çıxışlarınızda həmişə qeyd etmisiz ki , Azərbaycan vətəndaşına hər yerdə hörmət edilməlidir, incidilməməlidir. Bu dediklərinizin heç birinə burda əməl olunmur. İşçilər burda qanuni əmək haqqını almaq üçün maddi vəziyyətinin ağırlığını əsas göstərərək, ərizə yazırlar. Ondan sonra onlardan bəzilərinə kassadan əmək haqqı verilir. Bu artıq sözün bitdiyi yerdir. Bu işçini təhqir etməkdir.
İki direktordan heç birinin qəbul günü olmadığından, işçilər dərdini deməyə adam da tapmır. Hətta İdris Mustafayev qapısına mühafizəçi qoyur ki, sıravı işçiləri yanına buraxmasınlar.
Cənab prezident!
6000-dən çox insanın taleyi STP-yə bağlıdır. Xahiş edirik, burdakı problemləri öz nəzarətinizə götürüb, lazımı tədbirlər görülməsinə göstəriş verəsiniz.
Hörmətlə, STP MMC–nin kollektivi."

Texnoparkın icraçı direktoru Sahib Musayev olsa da, burdakı bütün işlərə nəzarət “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev tərəfindən həyata keçirilib. Hər halda son vaxtlara qədər belə olub. İşcilər də STP-nin rəhbəri kimi Etibar Pirverdiyevi tanıyıblar. Hətta bir ara mətbuata şikayət edən işçilər Texnoparkdakı sexlərdən birinə rəhbərlik edən Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun özünü bütün zavodun ağası kimi apardığını bildirmişdilər.
Bundan əlavə son dövrlərə qədər Texnoparkdakı malliyə məsələlərinə də Pirverdiyevin şəxsən nəzarət etdiyi bildirilirdi. Bu baxımdan Texnoparkda yaranan böhranlı vəziyyətin, problemlərin əsas məsuliyyətini daşıyanlardan birinin Pirverdiyev olduğunu söyləmək olar. Bəlkə də buna görədir ki, son vaxtlar STP-yə nəzarətin “Azərenerji"nin prezidentindən alındığına, hətta "Azərişıq"ASC-nin rəhbəri Baba Rzayevə verildiyinə dair məlumatlar yayılıb. Ancaq şikayətlərdən belə məlum olur ki, Sumqayıt Texnologiyalar Parkında heç nə dəyişməyib, əksinə, vəziyyət daha da pisləşib.
Məktubda adı çəkilən şəxslərin, eləcə də STP rəhbərliyinin və cənab Pirverdiyevin də mövqeyini işıqlandımağa hazırıq.
Murad
AzPolitika.info

Şərhlər