Menu

Peşəkar yaradıcılığa inzibati nəzarət ləğv olunur

16.09.2016, 19:54
Peşəkar yaradıcılığa inzibati nəzarət ləğv olunur

Azərbaycanda peşəkar yaradıcılıq meyarlarının müəyyən edilməsi sərbəst buraxılır.

APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Mədəniyyət haqqında” qanuna prezidentin təqdimatı ilə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişiklik təklifinə əsasən qanunun 24-cü (yaradıcı şəxslər) maddəsində 4-cü bənd - “peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” bəndi ləğv edilir.

Layihə plenar iclasa tövsiyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol