Menu

İş vaxtı bitən maşinist qatarı dayandırdı - İlginc olay

16.09.2016, 20:57
İş vaxtı bitən maşinist qatarı dayandırdı - İlginc olay

İspaniyanın Santander şəhərindən Madridə hərəkət edən qatarın maşinisti, iş vaxtı bitdiyi üçün yolda qatarı dayandırıb.

"AzPolitika"nın məlumatına görə, maşinist ortadan itincə, qatardakı 109 sərnişin iki saatdan çox qatarda gözləməli olub.

Sərnişinlərə ilk əvvəl, qatarın texniki bir qəza səbəbindən dayandığı deyilib. Lakin aradan 15 dəqiqə keçməsinə baxmayaraq qatar təkrar hərəkət etməyib. Səlahiyyətlilər, narazıçılıq edən sərnişinlərə gerçəyi söyləmək məcburiyyətində qalıb.

İş vaxtı bitən maşinistin qatarı dayandırıb endiyini öyrənən sərnişinlər, qatarda ikinci bir maşinist olmadığı üçün gözləmək məcburiyyətində qalıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol