Menu

 Ölümlə nəticələnən yol qəzası baş verib - Şəmkirdə

17.09.2016, 12:38

Qezada-sinmish-padpres-180912Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini Anar Bayramov idarə etdiyi "QAZ-31105" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü A.Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol