Menu

ABŞ-da GUAM və GUAM+ formatında görüşlər keçiriləcək

19.09.2016, 09:07

GUAM_logoBirləşmiş Ştatların Nyu-York şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-a üzv ölkələrin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, görüş BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Nyu-Yorkda, həmçinin GUAM+ formatında görüşlərin keçirilməsi də planlaşdırılır.

BMT Baş Assambleyasının 71-ci sessiyası sentybarın 13-də öz işinə başlayıb. Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol