Menu

Bakıda 44 yaşlı kişi özünü öldürüb

19.09.2016, 10:19
Bakıda 44 yaşlı kişi özünü öldürüb

Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Ceyhun Məmməd oğlu Həşimov yaşadığı evin həyətində yerləşən emalatxanada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol