Dünya bazarında neft ucuzlaşır.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq 43,08 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar azalaraq 45,81 dollar olub.
Beləliklə, ötən gün 0,5%-lik bahalaşmadan sonra dünya bazarında təklifin yüksək olması səbəbindən neft ucuzlaşmağa başlayıb. ABŞ-ın Energetika Nazirliyi rəsmi statistikanı açıqlayacağı bir vaxtda "Standard & Poor`s" beynəlxalq reytinq agentliyi ötən həftə bu ölkənin ehtiyatlarını 2,8 mln. barel həcmində qiymətləndirib.
"Bloomberg" agentliyi analitiklər arasında apardığı sorğuya görə, neft ehtiyatlarında yüksək, təxminən 3,1 mln. barel artım qeydə alınacaq.

Şərhlər