Menu

Suriyada 2 türk əsgəri həlak olub

20.09.2016, 13:19
Suriyada 2 türk əsgəri həlak olub

Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatında həlak olan türk hərbçilərinin sayı 10-a çatıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün Suriyada - Cerablus və Çobanbəy arasındakı bölgədə baş verən partlayışda ağır yaralanan 2 əsgər Türkiyənin Qaziantep Universiteti Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onları xilas etmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol