Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altındakı Ağdam rayonu ərazisində genişmiqyaslı hərbi təlimlər keçirir.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlərə 5 mindən artıq hərbi qulluqçu, 100-dən artıq tank və artilleriya qurğuları cəlb olunub.
“Aprel döyüşləri”nin ssenarisi əsasında keçirilən təlimlərdə müdafiə və əks-hücum taktikasından istifadə olunur.
Təlimlər təmas xəttinə yaxın mövqedə yerləşən kəndlərdə aydın eşidilir.
Modern.az erməni mənbələrinə istinadən həmin təlimlərdən fotoları təqdim edib.
[gallery columns="5" size="full" ids="254005,254006,254007,254008,254009,254010,254011,254012,254013,254014"]


Şərhlər