Menu

Nazirlər Kabinetinin səlahiyyəti azaldılır

22.09.2016, 15:46
Nazirlər Kabinetinin səlahiyyəti azaldılır

“Mədəniyyət haqqında” qanuna dəyişiklik edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, nəzərdə tutulan yeni dəyişiklikdə 24,4-cü maddənin qanundan çıxarılması təklif edilir.

Həmin maddəyə görə, peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən, həmin qanunun 24.4-cü maddəsinə uyğun olaraq, peşəkar yaradıcılığın meyarlarını müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabinetinə tapşırılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol