Menu

Marko van Bastenə vəzifə verildi - FIFA-da

23.09.2016, 19:49
Marko van Bastenə vəzifə verildi - FIFA-da

O, səlahiyyətlərinin icrasına gələn həftədən başlayacaq

Məşhur Hollandiyalı futbolçu və məşqçi Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin edilib.

"Rеport"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

Avqustun sonlarında Marko van Basten bildirmisdi ki, FİFA-da işləmək üçün Hollandiya yığma komandasının baş məşqçisi Danni Blindin köməkçisi vəzifəsindən gedəcək.

Marko van Basten indi FİFA-nın mənzil-qərargahında olub və səlahiyyətlərinin icrasına gələn həftədən başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol