Menu

Bakı-Şamaxı yolunda avtomobil yanıb

24.09.2016, 22:55

1384362034yanan masin 1Axşam saatlarında Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində avtomobil yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qobustan rayonu ərazisində baş verən yanğın zamanı vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 20:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol