Menu

Vətəndaşlar dövlət orqanlarına necə müraciət etməlidirlər? - VİDEO

26.09.2016, 14:40
Vətəndaşlar dövlət orqanlarına necə müraciət etməlidirlər? - VİDEO

Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra olunan “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi”” layihəsi çərçivəsində “Vətəndaş müraciətlərinə baxılması qaydaları” mövzusunda maarifləndirici video-çarx hazırlanıb.

Video-çarxda sadə və anlaşılan tərzdə vətəndaş müraciətlərinə baxılması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, vətəndaş müraciətlərinə baxılması qaydalarından söhbət açılıb.

Elektron, şifahi müraciətlərlə bağlı qaydalar, anonim müraciətlər, korrupsiya hüquqpozmaları barədə müraciətlərə baxılması qaydaları, baxılma müddətləri ilə bağlı ətraflı məlumat verilib. Xüsusilə, hansı hallarda müraciətlərə baxılmaması barədə məlumatlar diqqətə çatdırlılıb.

Maarifləndirci xarakterini və oxucular üçün maraqlı olacağını nəzərə alaraq video-çarxı təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol