Menu

Meksikada 3 valideynin genetik materialından uşaq doğulub! - Dünyada ilk dəfə

28.09.2016, 22:14
Meksikada 3 valideynin genetik materialından uşaq doğulub! - Dünyada ilk dəfə

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, dünyada ilk dəfə olaraq Meksikada beş ay bundan əvvəl 3 vadideynin genetik materialından əmələ gəlmiş uşaq doğulub. Bu barədə Britaniyanın «New Scientist» adlı elmi jurnalında nəşr olunmuş məqalədə söhbət açılır.

Jurnalın məlumatına görə, doğulan oğlan uşağının valideynləri - İordaniyadan olan ər-arvad 20 il ərzində qadının nadir genetik xəstəliyi - Leya sindromu - səbəbindən dolayı dünyaya sağlam uşaq gətirə bilməyib. 2005-ci ildə onların bu xəstəliyə (mərkəzi sinir sistemini dağıdan xəstəlik) tutulmuş bir qızı olub. Uşaq 6 aylığında keçinib. Valideynlərin elə həmin xəstəliklə doğulmuş ikinci körpəsi isə cəmi 8 ay yaşayıb.

Xəstəlik uşağın DNT-sinə keçməsin deyə, ABŞ-dan olan tədqiqatçılar qrupu sağlam donor-qadının bioloji materialından istifadə ediblər. Nəticədə, aprelin 6-da (2016) xəstəlik əlamətləri olmayan oğlan uşağı doğulub. Əməliyyat Meksikada həyata keçirilib, belə ki, ABŞ-da döləmələgətirmə texnoloji əməliyyatları qadağandır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol