Menu

Gülənlə görüşən AKP-li: "Məni edam edin..."

28.09.2016, 22:30
Gülənlə görüşən AKP-li: "Məni edam edin..."

AKP-li millət vəkillərinin Fətullah Güləni ziyarət edərkən çəkilən fotoları Türkiyə ictimaiyyətində etirazla qarşılanıb.

Axar.az xəbər verir ki, məsələ il bağlı danışan Burdur millət vəkili Bayram Özçelik həmin vaxt AKP rəhbərliyinin bundan xəbərdar olduğunu və görüşə icazə verdiyini bildirib.

Digər bir millət vəkili Adəm Tatlı isə görüşün açıq şəkildə keçdiyini, aralarında heç bir gizli söhbətin olmadığını deyib:

“Bu xain təşkilatla əlaqəm varsa, edam cəzasına da razıyam. Adımın FETÖ lideri Dəccalla hallanması məni çox məyus edir”.

Qeyd edək ki, sözügedən foto 2012-ci ildə çəkilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol