Menu

Ermənilər əsgərimizi yaraladılar

24.04.2014, 20:30
Ermənilər əsgərimizi yaraladılar

Aprelin 23-ü saat 20:40 radələrində N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Məcidov Elnur döyüş növbətçiliyi çəkərkən Ermənistan Silahlı qüvvələri tərəfindən vurulub.

“Turan”-ın məlumatına görə, yaralı əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib. Məcidov Elnur Qəbələ rayonundan hərbi xidmətə çağırılıb.

Hadisənin konkret harada baş verdiyi barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol