Məlumdur ki, bir müddət əvvəl Ukrayna səmasında (Donbas üzərində) Malayziyaya məxsus sərnişin laynerinin vurulması işi üzrə birləşmiş istintaq qrupu araşdırmaların nəticələrini açıqlayıb. Açıqlamada qeyd olunur ki, təyyarə Rusiyaya məxsus «Buk» raket sistemi ilə vurulub. Sistem əvvəlcə Donbas ərazisinə gətirilib, sonra isə geri qaytarılıb...
Bu arada, Rusiyada daha bir maraqlı hadisə baş verib. Bəzi dairələr dünya şöhrətli Lev Tolstoyun və Fyodor Dostoyevskinin əsərlərinin orta məktəb proqramından çıxarılması təklifi ilə çıxış ediblər.
Tanınmış rusiyalı bloqçu Anton Nosik bu iki ibrətamiz mətləbə alleqorik bir mətn həsr edib. Maraq doğuracağı gümanı ilə onu dilimizə çevirib, hörmətli oxucuların diqqətinə təqdim edirəm...
«Vətənpərvərlik tərbiyəsi Lev Tolstoyun əsərlərinin məktəb proqramından çıxarılmas ilə başlanmamalıdır. Əlbəttə, rusiyalı məktəbliləri kilsədən ayrı düşmüş bu yeretikin əsərlərindən təcrid etmək ürəyəyatan işdir. Yaxşısı dudur, «Hərb və sülh»ün əvəzinə qoy, İoann Kronştadskinin moizələrini öyrənsinlər və hərbi hazırlığa daha çox vaxt ayırsınlar. Lazım olar...
Amma yuxarı siniflərdən başlamaq yolverilməzdir. Birbaşa məktəbəqədrki yaşda vətənpərvərlik ruhunda tərbiyə etmək lazımdır. Hətta uşaq bağçasında tərbiyə alan körpələr də MN17 təyyarəsini (Malayziya layneri - M.A.) vuran texnika ilə fəxr edə bilərlər.
Bax, Moskvanın internet-mağazalarında belə uşaq krovatçıqları sifariş etmək olar - cəmi 10 min rubla:

«Körpənin adı yazılmış nomrə nişanı - hədiyyə olunur!» - deyə, istehsalçının saytı xəbər verir».
Mirzə AĞ


Şərhlər