Menu

Əfqanıstanda növbəti terror aktı törədilib

02.10.2016, 11:36
Əfqanıstanda növbəti terror aktı törədilib

Əfqanıstanda terror aktı baş verib.Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə Helmand vilayətində qeydə alınıb. Vilayətin mərkəzi Laşkarşah şəhəri yaxınlığındakı Bolan bölgəsində yol kənarında yerləşdirilən bomba içində mülki vətəndaşların olduğu avtomobil ərazidən keçərkən partlayıb.

Nəticədə 4-ü uşaq olmaqla 7 nəfər həlak olub. Hadisə zamanı həmçinin 2 nəfər xəsarət alıb.

Helmand Vilayətinin sözçüsü Ömər Zuvak bombanın bölgədə "Taliban" silahlıları tərəfindən yerləşdirildiyini iddia edib. "Taliban" məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol