Müsahibimiz “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyevdir.
- Etibar müəllim bu gün keçmiş təhsil naziri Misir Mərdanovun 70 yaşı tamam olur. Bu münasibətlə təhsil eksperti Əjdər Ağayev onu xoş sözlərlə təbrik edib. Məsələn Əjdər müəllim təbrikində yazır: “Siz alicənablığınız, xeyirxahlığınız, səmimiyyətinizlə, işgüzarlığınızla pedoqoji ictimaiyyətin sevimlisinə çevrilmisiniz”. Uzun illər təhsil nazirliyində işləmiş bir şəxs kimi Siz də keçmiş naziri təbrik etdinizmi?
-Nəyə görə təbrik etməliyəm? Azərbaycan təhsilini dağıtdığına görə? Mən Əjdər müəllimin təbrikini oxudum. Qocaman professor təbrikində elə ifadələr işlədib ki, həmin ifadələri heç Azərbaycanda təhsil qurucusu kimi yaddaşlara həkk olunmuş akademik Mehdi Mehdizadə barədə işlətməyiblər. Təbrik məktubunda sətiraltı ifadələr də görünmədiyindən, mən bunu səmimi təbrik kimi qəbul etdim. Təbrik məktubunu oxuyanda adamı bir qədər də qarabasma bürüyür. Düşünürsən ki, görəsən bu kişini niyə çıxartdılar?
- Səmimi oalaraq, sizin Misir müəllimin yubileyi barədə ürəyinizdən keçənləri bilmək istərdik...
-Misir Mərdanov müsahibələrinin birində deyib ki, gündə 10 kilometr yüyürür. Məncə bu yaşda insan 10 kilometr yürüməkdənsə, 10 səhifə kitab oxusa daha yaxşı olar. O, Azərbaycanın təhsil tarixində nazir olanların içərisində ən az oxumuş adam olub. Onun təhsil sahəsində vəzifələr tutmasında iki böyük şəxsiyyətin rolu olub: Mərhum Faiq Bağırzadənin və Murtuz Ələsgərovun.
İkinci ürək sözüm budur ki, gərək o, təhsilə indi rəhbərlik edənlərin əleyhinə altdan-altdan iş aparmasın. Onun reanimasiyaya saldığı təhsilə qoşulan oksigen balonunu hələ də aralamayıblar. İndiki nazir ondan qat-qat savadlı, mədəni, işi bilən və reputasiyası korlanmamış adamdır. İndi belə bir mif yaradırlar ki, guya onun yeri görünür. Bəli, tələbə köçürmələrində, məktəb direktorlarının təyinatında, kolleclərdə semestrlərdə yığımda, məktəb tikintisindəki maxinasiyalarda və başqa məsələlərdə həqiqətən onun yeri yaman görünür.
VAQİF
AzPolitika.info

Şərhlər