Bu gün Bakıda dindarlar arasında “Ləzgi məçidi” kimi tanınan Aşurbəy məscidində polislə dindarlar arasında mübahisə yaşanıb.
Avropa.info-nun ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, Cümə namazını qılmaq üçün məsçidə gələn insanların sayı həddən artıq çox olduğundan dindarların bir qismi məsçidə daxil ola bilməyib. Dindarlar cümə namazını məscidin çölündə qılmaq isdəyiblər. Polis namaz qılan şəxslərin yolu bağladığını əsas gətirərək onların küçədə namaz qılmasına icazə verməyib. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.
Qarşıdurma uzun çəkməyib və polislə dindarlar ortaq məxərcə gəliblər. Namaz qılan şəxslər yolun bir hissəsini açıq qoyub namaza qılıblar. Nəticədə onların ibadəti ərazidə gediş-gəlişə mane olmayıb. Qeyd edək ki, Aşurbəy məscidi sələfi dindarların ibadət etdiyi məsciddir. Məscid əhli bir neçə gün öncə, Qafqaz Müsəlmanları İdarəsinin Aşurbəy məscidini qeydiyyatdan keçirmədiyinə görə, mətbuat konfransı keçirmişdilər.

Şərhlər