Menu

Türkiyədə ədliyyə sistemindən xaric edilmiş hakim və prokurorların sayı 3 456 nəfərə çatıb

05.10.2016, 19:52
Türkiyədə ədliyyə sistemindən xaric edilmiş hakim və prokurorların sayı 3 456 nəfərə çatıb

Hakim və Prokurorlar Ali Şurası daha 66 nəfəri öz peşəsindən kənarlaşdırıb

Türkiyədə daha 66 hakim və prokuror ədliyyə sistemindən xaric edilib.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, Hakim və Prokurorlar Ali Şurası (HSYK) bununla bağlı qərar qəbul edib.

Onlar Fətulahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində sərəncama göndərilmişdilər.

Qeyd edək ki, HSYK avqustun 24-də 2 847, sentyabrın 2-də isə 543 hakim və prokuroru öz peşəsindən kənarlaşdırmışdı. Bu qərardan sonra onların sayı 3 456 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol