AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp, hələlik Rusiya dövlətinin başçısı Vladimir Putinlə necə münasibətlərinin formalaşacağını bilmir. Bu barədə amerikalı milyarder Henderson şəhərində (Nevada ştatı) öz tərəfdarları ilə keçirdiyi görüşdəki çıxışı zamanı bəyan edib.
«Mən, Putni sevmirəm, amma ona nifrətim də yoxdur. Baxarıq - necə olacaq... Ola bilər ki, bizim yaxşı münasibətlərimiz formalaşsın, mümkündür ki, münasibətlərimiz dözülməz olsun, ola da bilər ki, bu ikisinin aralığında qərarlaşsın» - deyə, Tramp bəyan edib. KİV-lər isə yazırdı: «Donald Tramp Putini sevir».
Bununla bərabər, Tramp növbəti dəfə bildirib ki, seçkilərdə qələbə çalacağı təqdirdə «İslam dövləti» adlı ekstremist qruplaşmanı məhv etmək məqsədilə Rusiya ilə birgə işləməyə hazırdır: «Əgər biz, Rusiya ilə yola gedə bilsək və «İQ» qruplaşmasının «nəfəsini kəsmək» işində Rusiya bizimlə birgə addımlasa, hesab edirəm ki, yaxşı olar» - deyə, respublikaçı namizəd perspektivə aydınlıq gətirib.
Qeyd edək ki, Tramp dəfələrlə Rusiya dövlətinin başçısı Vladimir Putinin ABŞ prezidenti Barak Obama ilə müqayisədə daha güclü lider olduğunu bəyan edib.

Şərhlər