Menu

Fazil Məmmədovun müşavirlərinin sayı 10-a çatdı - Nazirlikdə yeni təyinatlar

07.10.2016, 12:02
Fazil Məmmədovun müşavirlərinin sayı 10-a çatdı - Nazirlikdə yeni təyinatlar

Vergilər Nazirliyində kadr dəyişikliləri baş verib.

Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi, III dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə vəzifəsindən azad edilib.

Həmin vəzifəni müvəqqəti olaraq vergi xidməti müşaviri Orxan Azad oğlu Musayev icra edir.

Məlumata görə, Z.Fətizadə Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi təyin olunub. ("Report")

Nazirliyikdən verilən məlumata görə, Firuz Həsənov və Əflatun Məmmədov nazirin müşavirləri təyin ediliblər.

Beləliklə, hazırda F.Məmmədovun müşavirlərinin sayı 10-dur: Firuz Həsənov, Əflatun Məmmədov, Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol