Menu

"Əkilməyən torpağı yazdırıb subsidiya alırlar"

07.10.2016, 19:25
"Əkilməyən torpağı yazdırıb subsidiya alırlar"

Şəkər çuğundurunun tonuna görə subsidiya veriləcək.

“Marja”nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərsun Holdinqin İdarə Heyətinin sədri Abdollbari Goozal bildirib.

“Şəkər çuğundurunun tonuna 8 manat subsidiyanın verilməsi müzakirə verilir. Çuğundurda da subsidiya sahəyə görə deyil, məhsula görə veriləcək. Çünki subsidiya hektara görə verildikdə sui-istifadə olur. Əkilməyən torpağı yazdırıb subsidiya alırlar. Biz nə qədər bu hallardan uzaqlaşsaq, işlərimiz düzgün gedər”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol