Menu

Tailand kralının vəziyyəti pisləşib

10.10.2016, 09:14
Tailand kralının vəziyyəti pisləşib

Tailand kralı IX Ramanın (Pxumipon Adulyadet) səhhəti pisləşib.

"Report" xəbər verir ki, bu barədə "Bangkok Post" nəşri yazıb.

Məlumata görə, ötən gün aparılan hemodializ prosedurundan sonra o, qeyri-stabil vəziyyətdədir.

Həkimlərin məlumatına görə, qanı təmizləndikdən sonra 88 yaşlı monarxın təzyiqi kəskin aşağı düşüb. Krala lazımi dərman preparatları verilib və o, böyrəklərin süni havalandırılması aparatına qoşulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol